EN

Narkotik istintaqı çərçivəsində saxlanılan türkiyəli məşhur aktrisa Hande Erçel sərbəst buraxılıb

İstanbul Baş Prokurorluğu tərəfindən məşhurları hədəf alan narkotik əməliyyatında yeni məlumatlar ortaya çıxıb.

Moderator.az-ın xəbərinə görə, bu barədə "Sabah" nəşri məlumat verib.

BarÉ™sindÉ™ saxlanılma qÉ™rarı verilÉ™n vÉ™ İngiltÉ™rÉ™dÉ™ olduÄŸu müəyyÉ™n edilÉ™n türkiyÉ™li məşhur aktrisa Hande Erçel ötÉ™n gün TürkiyÉ™yÉ™ qayıdarkÉ™n saxlanılıb. Aktrisa mÉ™hkÉ™mÉ™dÉ™ ifadÉ™ verib.

Narkotik məclislərində iştirak etdiyi iddia olunan Hande Erçel ifadə verdikdən sonra Məhkəmə Tibb Qurumunda ondan qan və saç nümunələri götürülüb. Narkotik testi nəticələrinin bir neçə gün ərzində çıxması gözlənilir.

Həmçinin Hande Erçel məhkəməyə ifadəsində narkotikdən istifadə etdiyinə dair iddiaları təkzib edib.

Bütün prosedurlar başa çatdıqdan sonra aktrisa sərbəst buraxılıb.

Həmçinin narkotik istintaqı çərçivəsində saxlanılan iş adamları Kerim Sabancı, Hande Erçelin keçmiş sevgilisi Hakan Sabancı, "Qalatasaray" klubunun sabiq prezidenti Burak Elmas, "Beşiktaş" klubunun sabiq prezidenti Fikret Orman, modellər Güzide Duran və Didem Soydan ölkə xaricinə çıxış qadağası ilə, Onur Bükçü isə birbaşa sərbəst buraxılıb.

Chosen
41
2
moderator.az

4Sources