EN

Su basmış ərazilərdən 42 nəfər təxliyə edildi

Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən intensiv yağışlarla əlaqədar Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu ərazisində yaranmış fəsadların aradan qaldırılması istiqamətində əməliyyatlar davam etdirilib.

Nazirlikdən Milli.Az-a verilən məlumata görə, keçirilən tədbirlər nəticəsində ümumilikdə 33 nəfər təhlükəsiz əraziyə təxliyə edilib.

Hazırda FHN qüvvələri tərəfindən köməyə ehtiyacı olan vətəndaşların təhlükəsiz əraziyə təxliyəsi və digər zəruri təhlükəsizlik tədbirlərinin görülməsi işləri davam etdirilir.

Milli.Az

Chosen
18
45
milli.az

10Sources