EN

Cinayət törətməkdə şübhəli bilinən 39 nəfər saxlanıldı

Azərbaycanda martın 27-də cinayət törətməkdə şübhəli bilinən 39 nəfər saxlanılıb.

Bu barədə Publika.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, ötən gün ölkə ərazisində qeydə alınan 30, əvvəlki dövrlərdən bağlı qalan 13 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 29, o cümlədən borclu şəxs qismində axtarışda olan 15 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Chosen
17
28
publika.az

10Sources