EN

“Euronews”da Azərbaycan Su İdman Növləri Federasiyası haqqında reportaj yayımlanıb

“Euronews” kanalında Azərbaycan Su İdman Növləri Federasiyası haqqında geniş reportaj yayımlanıb.

“İki sahil” xəbər verir ki, reportajda Beynəlxalq Kanoe Federasiyasının prezidenti Tomas Konyetsko və Avropa Kanoe Assosiasiyasının prezidenti Jan Zunqrananın Azərbaycana səfərindən bəhs edilib. Səfər zamanı beynəlxalq federasiya rəhbərləri federasiyanın inzibati binası ilə tanış olublar. Həmçinin Bakı Avarçəkmə və Kanoe İdman Klubu və Mingəçevir “Kür” Olimpiya Tədris-İdman Mərkəzinə baş çəkiblər. Qonaqlar səfər çərçivəsində Sərsəng su anbarında beynəlxalq avarçəkmə və kanoe yarışlarının təşkil olunması perspektivlərini müzakirə ediblər.

Qeyd edək ki, Prezident İlham Əliyev 2025-ci ilin idman yekunlarına həsr olunmuş tədbirdə çıxışı zamanı Sərsəng su anbarında avarçəkmə yarışlarının keçirilməsi imkanlarının olduğunu vurğulayıb və bu istiqamətdə perspektivlərin yüksək qiymətləndirildiyini bildirib. Qısa zaman ərzində Azərbaycan Su İdman Növləri Federasiyası tərəfindən beynəlxalq federasiya rəhbərlərinin Sərsəng su anbarına səfəri təşkil edilib.

Chosen
14
15
ikisahil.az

10Sources