EN

Maraqlı oyunlarla depressiyanın əlaqəsi üzə çıxdı

Demokrat.az saytına istinadən ain.az xəbər verir.

Texnologiyanın sürətli inkişafı həyatımıza yeni psixoloji terminlər gətirməyə davam edir. Son elmi araşdırmalar göstərir ki, maraqlı və axıcı video oyunlarını tamamlayan oyunçularda ciddi boşluq hissi yarana bilər. Elmi ədəbiyyatda bu vəziyyət artıq "oyun sonrası depressiya" kimi xarakterizə olunur.Tədqiqatlar zamanı məlum olub ki, xüsusilə uzunmüddətli və dərin süjet xətti olan oyunlarla sıx bağ quran şəxslər oyunun finalından sonra emosional düşüş yaşayırlar. Fərqli yaş qrupları üzərində aparılan müşahidələr sübut edir ki, oyunun bitməsi ilə real həyata qayıtmaq bəzi insanlar üçün kifayət qədər çətinləşir.Ekspertlər bu vəziyyəti oyun müddətində personajlar və hekayə ilə qurulan güclü emosional bağın qəfil qırılması ilə əlaqələndirirlər. Məlumata görə oyunçuların bir hissəsi oyun tamamlandıqdan sonra motivasiya çatışmazlığı və qısamüddətli kədər hiss edir. Bu duyğu halı adətən keçici olsa da, bəzi şəxslərdə təsiri daha uzun sürə bilər.Psixoloqlar oyunçulara bu keçid dövrünü daha rahat atlatmaq üçün gündəlik rutinlərinə balanslı şəkildə qayıtmağı tövsiyə edirlər. Mövzunun daha dərindən öyrənilməsi üçün genişmiqyaslı araşdırmalara ehtiyac olduğu bildirilir.İsmayıl

Demokrat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
24
demokrat.az

1Sources