Azərbaycanın U-19 millisi bu gün Avropa çempionatının seçmə mərhələsində 2-ci oyununu keçirəcək.
QOL.az xəbər verir ki, İlham Yadullayevin baş məşqçilik etdiyi komanda Şimali İrlandiya ilə qarşılaşacaq.
B Liqasının 6-cı qrupunun matçı Litvanın Kaunas şəhərindəki "Raudondvario" stadionunda təşkil olunacaq və Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.
Xatırladaq ki, Azərbaycan millisi ilk oyunda Litvaya uduzub - 0:4.