EN

Ağ Evdən ilginc açıqlama: Bu səbəbdən Tehranla birbaşa təmas mümkün deyil 

ABŞ dövlət katibi Marko Rubio Ağ Evlə Tehran arasında  birbaşa danışıqların baş tuta bilməməsinin ilginc səbəblərini açıqlayıb.

Ölkə.az isitnadən xəbər verir ki,  dövlət katibi Marko Rubio G7 xarici işlər nazirlərinin toplantısında çıxışı zamanı ABŞ-ın İranla ciddi danışıqlar aparmağa yaxın  və bu müharibədə bütün məqsədlərinə çatmaqda qərarlı olduğunu bildirib.

“Axios”un yazdığına görə, Rubio G7 həmkarlarına ABŞ-ın İranla birbaşa deyil, vasitəçilər vasitəsilə əlaqə saxlamağa davam etdiyini bildirib. 
Dövlət katibi bildirib, hazırda Tehranda kimin qərar verdiyi ilə bağlı qeyri-müəyyənlik var. “ABŞ ilə danışıqlar aparmaq istəyən iki İran rəsmisi var, lakin onların yüksək rəhbərlikdən təsdiq alması lazımdır”, - Rubio vurğulayıb.

Rubi əlavə edib ki, vasitəçilər sui-qəsddən qorxaraq telefonlardan istifadə etməkdən çəkindikləri üçün  Ağ Ev İran rəsmiləri ilə ünsiyyət qurmaqda çətinlik çəkirlər. 

Mürtəza

Chosen
25
1
olke.az

2Sources