EN

Sumqayıtda elektrik enerjisi kəsildi – İşıqforlar da dayandı

Sumqayıt şəhərinin bir hissəsində elektrik enerjisinin verilişi dayandırılıb.

NOCOMMENT.az xəbər verir ki, şəhərin geniş ərazisində elektrik təchizatı dünən axşam saatlarından kəsilib. Hazırda bir çox yaşayış binaları və obyektlər işıqsız qalıb, yollarda işıqforlar işləmir bu isə sakinlər arasında narahatlıq yaradıb.

Elektrik enerjisinin kəsilməsinin səbəbi hələlik məlum deyil. Aidiyyəti qurumlar tərəfindən məsələ ilə bağlı rəsmi açıqlama verilməyib.

Qeyd edək ki, problemə aydınlıq gətirilməsi üçün müvafiq qurumlarla əlaqə yaratmağa cəhd edilir.

Gülər

Chosen
9
1
nocomment.az

2Sources