EN

Yağış yağan kimi Bakıda fövqəladə vəziyyət elan olunsun

ain.az bildirir, Demokrat.az saytına əsaslanaraq.

Yağış yağdı, Bakı yenə “boğuldu”, problemlər üzə durdu.Paytaxtda və Abşeronda yağan yağış ənənəvi olaraq eyni mənzərəni təkrarladı: yollar su altında qaldı, tunellər bağlandı, qarajları, obyektləri, hətta bəzi dövlət və ictimai məkanları su basdı.Milli futbol komandasının stadionundakı geyinmə otaqları belə sudan xilas ola bilmədi. Avtosalonlar, iri ticarət mərkəzləri gölməçəyə çevrildi. Daxili İşlər Nazirliyi təhlükə ilə bağlı xəbərdarlıq etdi, digər qurumlar ard-arda məlumatlar yaydı…Amma bütün bu açıqlamalar, xəbərlər və xəbərdarlıqlar bir sadə sualı dəyişmir: niyə hər yağış Bakıda fövqəladə hadisəyə çevrilir?“Normasından” asılı olmayaraq, su özü təmizdir, pakdır. Su əslində təmizləyəndir. Amma Bakıya düşəndə “transformasiya” olunur–çirkləndirənə, murdarlayana çevrilir. Çünki yağışın ilk zərbəsi kanalizasiya sisteminə dəyir: daşan quyular, qarışan sular, nəticədə küçələrdə yaranan gölməçələr artıq sadəcə yağış suyu olmur. Bu, şəhərin illərlə yığılıb qalan problemi ilə qarışmış bir “kokteylə” çevrilir.Hər güclü yağışdan sonra eyni kadrlar yayılır, eyni problemlər müzakirə olunur, bir neçə gün sonra isə hər şey unudulur – növbəti yağışa qədər. Hamımız xatırlayırıq, əvvəlki illərdə tunellərdə yaranan fəlakətli vəziyyətləri. Hətta belə hallardan birində iki nəfərin həyatını itirməsi cəmiyyətdə ciddi etirazlara səbəb olmuşdu. Bu, əslində ciddi siqnal idi. Amma görünür, Bakı bu siqnalları “eşitmək” istəmir.Yeri gəlmişkən, bu problem artıq ən yüksək səviyyədə də səsləndirilib. İlham Əliyev 2026-cı il yanvarın 12-də Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair Dövlət Proqramına həsr olunan müşavirədə bildirib ki, “leysan yağışları yağan kimi şəhər nəqliyyatı iflic vəziyyətinə düşür, çox ciddi problemlər yaşanır.”Problem ən yüksək tribunadan bu qədər açıq şəkildə səsləndirilirsə, niyə hər yağışda eyni mənzərə təkrarlanır?Bu keçən dövrdə dövlət başçısının dilə gətirdiyi problemlə bağlı hansı işlər görülüb? Tutaq ki, üç ay ərzində su təchizatı, tullantı və yağış suları sistemlərinin tam təkmilləşdirilməsi çətindir. Amma heç olmasa müəyyən qabaqlayıcı addımlar atmaq, nəqliyyatın hərəkətində müəyyən irəliləyişlər etmək mümkün deyildimi?Bakı üçün güclü yağış artıq təbii hadisə yox, idarəolunmayan şəhər problemidir. Ona görə də yəqin, məsələyə başqa cür yanaşmaq lazımdır. Məsələn, güclü yağış yağanda paytaxtda və Abşeronda şərti “fövqəladə rejim” tətbiq etmək. İnsanlar mümkün qədər evdən işləsin, zəruri olmayan hərəkət məhdudlaşdırılsın. Nə tıxac saatlarla insanları əsir alsın, nə də kimsə kanalizasiya qarışıq suyun içində qalsın.Yoxsa hər dəfə eyni səhnəni izləyəcəyik: yağış yağır, şəhər batır, qurumlar danışır… və Bakı yenə növbəti yağışa qədər “hazır vəziyyətə” gətirilir.Azər

Baku Post

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
15
3
demokrat.az

4Sources