EN

ABŞ-ın növbəti hədəfi Kuba olacaq

ABŞ Prezidenti Donald Tramp Kubanın Vaşinqtonun növbəti hədəfi olacağını bildirib.

Heftelik.az  xəbər verir ki, ABŞ Prezidenti bunu Mayamidə keçirilən investisiya forumunda çıxışı zamanı deyib.

Donald Tramp güclü Silahlı Qüvvələr yaratdığını vurğulayıb: “Demişdim ki, onları istifadə etməyə ehtiyac olmayacaq, amma bəzən istifadə etmək lazım gəlir. Yeri gəlmişkən, növbəti Kuba olacaq”.

ABŞ Prezidenti Vaşinqtonun Kuba ilə bağlı planlarının detalları barədə əlavə məlumat verməyib.

ABŞ dövlət katibi Marko Rubio da qeyd edib ki, ABŞ administrasiyası Kubada dövlət quruluşunun dəyişdirilməsinin zəruri olduğunu hesab edir: “Kubanın iqtisadiyyatının dəyişməsi lazımdır. Amma bu, dövlət idarəetmə sistemi dəyişmədən mümkün deyil”.

Chosen
20
5
heftelik.az

4Sources