EN

Hava bu tarixdən dəyişəcək

ain.az, Demokrat.az portalına istinadən məlumat verir.

Azərbaycan ərazisində mart ayının son günləri qeyri-sabit hava şəraiti ilə müşayiət olunur. Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, martın 28-də Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir. Gün ərzində yağıntıların bəzi yerlərdə intensivləşəcəyi, qısamüddətli leysan xarakteri alacağı ehtimal edilir. Güclü yağışlar səbəbindən yarımadanın müəyyən ərazilərində su basma halları istisna olunmur.Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib ki, bölgələrdə də hazırda intensiv yağışlar müşahidə edilir. Qrız, Xınalıq və Şahdağ kimi dağlıq istiqamətlərdə qar yağır. Şərq rayonlarında prosesin daha aktiv olacağı, şimşək çaxacağı və hətta dolu düşəcəyi proqnozlaşdırılır. Dağlıq yerlərdə temperaturun aşağı düşməsi yolların buz bağlamasına şərait yarada bilər.Yağıntıların 29-u gündüz saatlarından etibarən tədricən kəsiləcəyi proqnozlaşdırılır. Paytaxtda gecə və səhər saatlarında duman müşahidə olunacaq, rütubət isə 90-95 faiz təşkil edəcək. Hava temperaturu Bakıda gecə 7-9, gündüz 10-13 dərəcə isti olacaq. Şimal-qərb küləyinin gündüz saatlarında cənub-qərb küləyi ilə əvəzlənəcəyi gözlənilir.

Sinoptiklər qeyri-sabit hava şəraitinin martın 31-dək fasilələrlə davam edəcəyini vurğulayırlar.Demokrat.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
21
demokrat.az

1Sources