EN

Şəkidə qəza oldu, sərnişin öldü

Lent az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Şəki şəhərində baş verən yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

APA-nın Şimal-qərb bürosu xəbər verir ki, hadisə şəhərin Salman Mümtaz küçəsində qeydə alınıb. 1996-cı il təvəllüdlü Şamil Musayevin idarə etdiyi “Mercedes C 200” markalı minik avtomobili ilə “Mercedes Atego” markalı yük avtomobili toqquşub.

Qəza nəticəsində minik avtomobilində olan sərnişin, 1999-cu il təvəllüdlü Aygün Mustafayeva aldığı ağır xəsarətlərdən hadisə yerində həyatını itirib. Onun meyiti avtomobildə sıxılmış vəziyyətdə qalıb və xilasedicilər tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Hadisə zamanı avtomobilin sürücüsü Şamil Musayev də ağır xəsarətlər alıb. O, Şəki Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti ağırdır.

Faktla bağlı araşdırma aparılır.

Şəki, yol qəzası, ölüm, araşdırma

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
16
10
lent.az

10Sources