EN

İsrail Suriya üzərində İran raketlərini zərərsizləşdirib

İsrail hava hücumundan müdafiə sistemləri Suriya hava məkanına daxil olan bir neçə İran raketini ələ keçirib.

Musavat.com xəbər verir ki, məlumatı Suriya dövlət televiziyası yayıb.

Bildirilir ki, bir müddət əvvəl Suriyanın paytaxtı Dəməşq və onun ətraf əraziləri üzərində bir neçə partlayış səsi eşidilib. Buna səbəb İsrail hava hücumundan müdafiə sistemlərinin işi olub və onlar "Suriya hava məkanında İran ərazisindən atılan bir neçə raketi ələ keçiriblər".

Musavat.com

Chosen
8
50
musavat.com

10Sources