EN

Kreml böhranda: Rusiya benzin ixracını dayandırır

Rusiyada 1 aprel 2026-cı ildən etibarən benzin istehsal edən şirkətlər üçün də ixrac qadağasının tətbiqinə hazırlıq gedir.

Musavat.com xəbər verir ki, hökumət bu addımı daxili bazarda qiymət sabitliyini qorumaq və ölkədaxili tələbatı prioritet şəkildə təmin etmək məqsədilə atır.

Məlumata görə, Rusiya Baş nazirinin müavini Aleksandr Novak Energetika Nazirliyinə müvafiq qərar layihəsinin hazırlanması barədə tapşırıq verib. Sənədin 1 aprel 2026-cı ildən qüvvəyə minməsi nəzərdə tutulur.

Hazırda Rusiyada benzin ixracına qadağa yalnız istehsalçı olmayan ixracatçılara şamil edilir. Böyük neft şirkətləri üçün tətbiq olunan məhdudiyyət isə bu ilin yanvarında ləğv edilmişdi.

Yeni qərarın əsas məqsədi daxili bazarda yanacaq qiymətlərini sabitləşdirmək, eyni zamanda təklif təhlükəsizliyini gücləndirməkdir.

 

Musavat.com

Chosen
41
musavat.com

1Sources