EN

Google Translate də inqilabi yenilik

Demokrat.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Google şirkəti tərcümə xidmətini Gemini süni intellekt modeli ilə gücləndirib. MacRumors nəşrinin yaydığı məlumata görə, bu yenilik sayəsində platforma artıq mətni sözbəsöz deyil, kontekstə uyğun tərcümə edə bilir.Xüsusilə çətin anlaşılan idiomatik ifadələr, jarqonlar və danışıq dili elementləri yeni sistemlə daha təbii formaya salınır.Martın 26-dan etibarən istifadəyə verilən yenilənmə hələlik ingilis dili ilə yanaşı ispan, çin, alman və yapon dilləri daxil olmaqla 20-yə yaxın dili əhatə edir. iOS tətbiqi və veb versiyada aktivləşən funksiya istifadəçilərə mənalı və axıcı mətnlər təqdim edir.Şirkət eyni zamanda qulaqlıqlar vasitəsilə real vaxt rejimində nitqi tərcümə edən beta funksiyanı da təqdim edib. Bu sistem insanın səs tonunu, vurğusunu və danışıq ritmini qoruyub saxlamaqla tərcüməni daha canlı edir. Hazırda yalnız Android istifadəçilərinin yararlana bildiyi bu funksiyanın ilin sonuna qədər iOS cihazlarına da gələcəyi gözlənilir.İsmayıl

Demokrat.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
27
1
demokrat.az

2Sources