EN

Sarayda ildə iki dəfə təmir edilən yoldan sel keçir – MTK-nı da “SU BASIB” – VİDEO

Xəbər verdiyimiz kimi, ölkə ərazisində yağıntılı hava şəraiti hərəkəti çətinləşdirib.

NOCOMMENT.az xəbər verir ki, yağış Saray qəsəbəsinə də təsirsiz ötüşməyib.

Yağış suları Saray qəsəbəsində yolları keçilməz hala gətirib. Qəsəbənin Sumqayıtla birləşən yolu son bir ildə iki dəfə təmir olunsa da, yağış zamanı yenidən sel keçir və hərəkət təhlükəli vəziyyət alır.

Vətəndaşların məlumatına görə, yollarla yanaşı Saray MTK-nın qarajı da su altında qalıb, həyət və ətraf sahələrdə də yağış suları əlavə çətinliklər yaradıb.

Sakinlər bildirirlər ki, mövcud infrastruktur və drenaj sistemləri yağış sularını düzgün idarə edə bilmir, bu da gündəlik həyatı çətinləşdirir.

 

Chosen
29
nocomment.az

1Sources