EN

Şüşə ilə kəsilən ayaq ölümə apardı – Dəhşətli hadisə – VİDEO

Ayağını şüşə kəsən Zaqatala sakini dünyasını dəyişib. O, xəstəxanaya çatdırılsa da, gec olub.

NOCOMMENT.az xəbər verir ki,  hadisə Zaqatala rayonunun Yuxarı Tala kəndində qeydə alınıb.

İlkin məlumata görə, kənd sakini, 50 yaşlı İlham Davudov gecə saatlarında ehtiyatsızlıq nəticəsində ayağını şüşə parçası ilə kəsib. Hadisə zamanı o, ciddi xəsarət alıb və güclü qanaxma baş verib.

Yaralı Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin Zaqatala rayon şöbəsinin əməkdaşları tərəfindən xəstəxanaya çatdırılıb.

Xəstəxanadan verilən məlumatda bildirilir ki, Zaqatala rayonunun Yuxarı Tala kənd sakini, 1976-cı il təvəllüdlü kişi saat 05:50 radələrində təcili tibbi yardım avtomobili vasitəsilə xəstəxanaya hospitalizasiya olunub. Xəstə aqonal vəziyyətdə -ölümə yaxın kritik halda, sağ ayağın iç topuq nahiyəsinin açıq yarası diaqnozu ilə qəbul edilib. Həkimlərin göstərdiyi bütün zəruri tibbi yardımlara baxmayaraq, saat 06:02-də ölüm faktı qeydə alınıb.

Faktla bağlı araşdırma aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Chosen
32
1
nocomment.az

2Sources