EN

Trampın Sülh Şurası Qəzza ilə bağlı plan təqdim edib

ABŞ Prezidenti Donald Trampın təsis etdiyi Sülh Şurasının Qəzza zolağı ilə bağlı planı HƏMAS-ın tunel şəbəkəsinin məhv edilməsini nəzərdə tutur.

Far.Az Oxu.Az-a istinadən xəbər verir ki, planın mətni danışıqlarda iştirak edən iki fələstinli məmur tərəfindən təqdim olunub.

Məlumata görə, plan çərçivəsində HƏMAS səkkiz ay ərzində mərhələli şəkildə silahları təhvil verməli və bununla paralel olaraq tunel şəbəkəsinin məhv edilməsinə icazə verməlidir.

Sənəd iki hissədən ibarətdir: 12 maddəlik əsas plan və silahların təhvil verilməsi üzrə beşmərhələli cədvəl. Planın sonunda Qəzza zolağında silah qalmadığı təsdiqləndikdən sonra İsrail qoşunlarının tam çıxarılması nəzərdə tutulur.

Qeyd edək ki, Sülh Şurası yanvarın 22-də Davosda keçirilən Dünya İqtisadi Forumu çərçivəsində 20 ölkənin iştirakı ilə yaradılıb. Tramp bu quruma rəhbərlik edəcəyini və gələcəkdə onun BMT-ni əvəz edə biləcəyini istisna etməyib.

Chosen
3
3
far.az

4Sources