EN

Bakıda dəhşətli qəza: dəmir arakəsmə avtomobilin içindən keçdi – Ölən var – VİDEO

Bakı–Şamaxı yolunda “Mercedes S-Class” markalı avtomobil ağır qəza törədib.

NOCOMMENT.az xəbər verir ki, qəza Abşeron rayonunun Təzəkənd ərazisində baş verib.

Belə ki, avtomobil dəmir arakəsməyə çırpılıb. Zərbənin gücündən arakəsmə avtomobilin bir tərəfindən daxil olub, digər tərəfindən çıxıb. Hadisə zamanı avtomobil yararsız hala düşüb.

Məlumata görə, hadisə nəticəsində sürücü həyatını itirib.

İlkin məlumata əsasən, qəzaya yüksək sürət səbəb olub.

Videonu təqdim edirik:

Aygün

Chosen
45
nocomment.az

1Sources