Bakı. Trend:
Saat 22:00-a olan məlumata əsasən ölkə ərazisində intensivyağıntılı hava şəraiti davam edir.
Bu barədə Trend-ə Milli Hidrometeorologiya Xidmətindənməlumat verilib.
Hazırda Bakıda və Abşeron yarımadasında intensiv və güclü yağışyağır. Yağan yağıntının miqdarı 58 mm qeydə alınır ki, bu da aylıqnormanın 247 %-ni təşkil edir. Dağlıq ərazilərdə isə qar yağır.
Martın 28-i gün ərzində də yağıntının davam edəcəyi, bəziyerlərdə intensiv xarakterli olacağı gözlənilir. Yarımadanınayrı-ayrı yerlərində gözlənilən güclü yağıntılarla əlaqədar bəziərazilərdə subasma hallarının davam edəcəyi gözlənilir. 29-u gündüzsaatlarından yağıntılar tədricən kəsiləcək.