EN

Bakıya yağış, dağlara qar yağır - Faktiki hava

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, dağlıq ərazilərə - Kəlbəcər, Laçın, Şahdağ, Xınalıq, Qrıza qar, ölkənin əksər bölgələrinə isə yağış yağır.

Hazırda Bakıda və Abşeron yarımadasında da intensiv xarakterli yağış yağır. Yağıntının miqdarı 46 mm qeydə alınır ki, bu da aylıq normanın 195 %-ni təşkil edir.

"Cebheinfo.az" 

Chosen
11
14
cebheinfo.az

10Sources