EN

Stern Con: "Azərbaycan yığması ilə matçda böyükhesablı məğlubiyyət gözləmirdik"

Sent Lüsiyanın futbol üzrə millisi Azərbaycan yığması ilə matçda böyükhesablı məğlubiyyət gözləməyib.

"Report"un məlumatına görə, bu barədə komandanın baş məşqçisi Stern Con mətbuat konfransında bildirib.

Mütəxəssis "FIFA Series – 2026" beynəlxalq turnirində Azərbaycan yığmasına uduzduqları (1:6) oyundan sonra fikirlərini bölüşüb:

"Belə nəticə gözləmirdim. Rəqibin bizə təzyiq göstərəcəyini bilirdik. Sadə səhvlər etdik. Belə olanda isə mütləq cəzalandırılırsan".

O, turnirin əhəmiyyətindən söz açıb:

"Buraya gəlmək üçün uzun yol qət etmişik. Oyunçular üçün təcrübə oldu. Avropa komandasına qarşı oynadılar. Amma bir oyun keçirmək bizi məyus edir".

Chosen
57
far.az

1Sources