EN

Millimizdən tarixi qalibiyyət

Azərbaycan milli komandası “FIFA Series – 2026” beynəlxalq turnirində Sent Lüsiya yığmasını 6:1 hesabı ilə məğlub edərək, tarixinin ən böyükhesablı qələbəsini qazanıb.

Sportal.az xəbər verir ki, Ayxan Abbasovun yetirmələri Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionundakı görüşdə rəqibin qapısından 6 top keçirməklə 1999 və 2017-ci illərdəki rekordunu yeniləyib. Millimiz buna qədər ən böyükhesablı qələbələrini AÇ-2000-in seçmə mərhələsində Lixtenşteyn (4:0) və DÇ-2018-in seçmə mərhələsində San Marino (5:1) üzərində əldə etmişdi.

Bundan başqa, milli komandamız tarixində ilk dəfə bir oyunda 5-dən çox qol vurub.

saytlarin hazirlanmasi

Chosen
34
5
sportal.az

6Sources