EN

Vüqar yenə Elza Seyidcahana söz atdı - VİDEO

Meyxanaçı Vüqar Əbdülov uzun müddət qalmaqal yaşadığı Əməkdar artist Elza Seyidcahana yenidən söz atıb. 

Bu haqda ifaçı "Afaqla 10lar" verilişində söz açıb. 

O, Seyidcahana söz ataraq "Elza Seyidcahan cığaldır. İstəyir ki, hər zaman öz dediyi düzgün olsun. Ona nəsə xahiş edirsən ki, bu, belə deyil, düzgün olmalıdır. Deyir ki, belə olmalıdır"  deyə, əlavə edib. 

Qeyd edək ki, onlar arasındakı qalmaqala səbəb Vüqarın Seyidcahanın şeirlərini tənqid etməsi olub. 

Bu günlərdə isə meyxanaçı müğənniyə barışıq əli uzadaraq "Elza Seyidcahan gözəl insan və bəstəkardır. Bəzi şeirlərində olan çılpaq sözlərə irad bildirmişəm. Bu da onun xətrinə dəymişdi. Dedim, Elza xanım, sizin nə şərəf, nə ləyaqətinizə toxunmuşam. Bir tamaşaçı kimi şeirinizə nəsə deməyə ixtiyarım var. Onun bir şeirini parodiya etdim. Sonra barışdıq. O cür mahnılar bəstələyib, onu necə sevməyə bilərsən? Sadəcə, yazdığı şeirlər insanları qıcıqlandırır. İstəmirəm uşaqlarımız elə açıq-saçıq sözlər olan şeirləri dinləsin" sözlərini deyib. (Axşam.az)

Chosen
9
2
musavat.com

3Sources