Bakı. Trend:
Azərbaycan milli komandası “FIFA Series – 2026” beynəlxalqturnirində Sent Lüsiya yığması ilə keçirilən oyunda tarixinin ənböyükhesablı qələbəsini qazanıb.
Trend xəbər verir ki, AyxanAbbasovun yetirmələri Mehdi Hüseynzadə adına Sumqayıt şəhərstadionundakı görüşdə rəqibini 6:1 hesabı ilə məğlub edərək 1999 və2017-ci illərdəki rekordunu yeniləyib. Millimiz buna qədər ənböyükhesablı qələbələrini AÇ-2000-in seçmə mərhələsində Lixtenşteyn(4:0) və DÇ-2018-in seçmə mərhələsində San Marino (5:1) üzərindəəldə etmişdi.
Bundan başqa, milli komandamız tarixində ilk dəfə bir oyunda5-dən çox qol vurub.