Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə intensiv yağan yağışlarla əlaqədar paytaxtın Binəqədi və Suraxanı rayonları ərazisində fərdi yaşayış evlərinin həyətyanı sahələrinin subasmaya məruz qalması səbəbindən vətəndaşların köməksiz vəziyyətdə qalması barədə məlumatlar daxil olub.
Bu barədə Manset.az-a FHN-in mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, daxil olan məlumatlarla əlaqədar FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri dərhal ərazilərə cəlb edilib.
Görülmüş xilasetmə tədbirləri nəticəsində subasma ilə əlaqədar evlərini tərk etməkdə çətinlik çəkən 4-ü azyaşlı olmaqla ümumilikdə 9 vətəndaşın təxliyəsi və digər təhlükəsizlik tədbirlərinin görülməsi işləri həyata keçirilib.