EN

Bakıda bu qəsəbə yağışdan sonra su altında qaldı – VİDEO

İntensiv yağan yağışlar Bakının Sulutəpə qəsəbəsində ciddi fəsadlara səbəb olub.

KONKRET.az-ın redaksiyasına daxil olan video görüntülərdən bəlli olur ki, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, Pənahabad küçəsində yaşayış evlərinin həyətləri və zirzəmiləri su altında qalıb.

Sakinlərin sözlərinə görə, kanalizasiya sisteminin qənaətbəxş olmaması səbəbindən yağış suları həyətyanı sahələrə və evlərə dolub.

Qeyd edək ki, son günlər paytaxtda müşahidə olunan qeyri-sabit hava şəraiti bir sıra ərazilərdə oxşar problemlərə yol açıb.

Dəniz Pənahova,
KONKRET.az

Chosen
16
konkret.az

1Sources