EN

Luis Freyre: “Azərbaycan bizə problemlər yaratdı”

Portuqaliya U21 millisinin baş məşqçisi Luis Freyre komandasının Avropa Çempionatının seçmə turnirində B qrupunun altıncı turunda Azərbaycan üzərində 4:0 hesablı qələbəsini şərh edib.

İdman.Biz-in məlumatına görə, məşqçi komandasının çətin oyun gözlədiyini bldiklərini qeyd edib.

“Oyunun asan olmayacağını bilirdik. Azərbaycanın çox sürətli hücumçu oyunçuları var, ona görə də diqqətli olmalı idik. Buna baxmayaraq, oyunçularımız yaxşı oynadılar və bu, matçın nəticəsinə təsir etdi. Hər şey bizdən asılı idi. Əgər oyuna ciddi yanaşmasaydıq, işlər fərqli ola bilərdi”, - Freyre qeyd edib.

Freyre həmçinin hava şəraitinin oyunun keyfiyyətinə təsir etmədiyini vurğulayıb: “Oyunun əvvəlindən sonuna qədər yağış yağdı, amma performansa təsir etmədi”.

Bundan əlavə, məşqçi rəqibin güclü tərəflərini də qeyd edib.

“Azərbaycan milli komandasının güclü rəqiblərə qarşı oyunlarına nəzər salsaq, komandanın etibarlı müdafiə olunmağa çalışdığı aydın olur. Onların oyunçu seçimi ilə bağlı bütün detalları bilmirəm, amma əks-hücumda təhlükəli ola biləcək keyfiyyətli oyunçuları var”, - deyə o bildirib.

İdman.Biz
Chosen
19
1
idman.biz

2Sources