EN

Muzey mütəxəssisləri tarix-diyarşünaslıq muzeylərinin ümumi monitorinqini ediblər

Azərbaycan Respublikasının Mədəniyyət Nazirinin müvafiq əmri əsasında 2 – 6 mart 2026-cı ildə Milli Azərbaycan Tarixi Muzeyinin Numizmatika Fondunun baş mütəxəssisi, tarix üzrə fəlsəfə doktoru Aygün Məmmədova və Azərbaycan Milli İncəsənət Muzeyinin Tikmə bölməsinin müdiri Könül Zeynalova Mərkəzi Aran regionundakı (Ağdaş, Mingəçevir, Yevlax, Zərdab, Göyçay, Ucar, Kürdəmir) tarix muzeylərinə ezam ediliblər.

Muzey mütəxəssisləri regionun tarix-diyarşünaslıq muzeylərinin işçilərinin ümumi monitorinqi çərçivəsində muzey ekspozisiyası, fondlar, davamiyyətin ümumi vəziyyəti, arxiv, sənədləşmə işləri və d. məsələləri nəzərdən keçirərək müasir elektronlaşma, rəqəmsallıq işləri ilə əlaqədar məsləhətlərini bildiriblər.
Ezamiyyət müddətində hər bir muzeydə muzey materiallarının nümayişi, qorunması, qeydiyyatı ilə əlaqədar nəzərə çarpan iradlar, qeydlər də edilmiş, müasir muzeylərdə tətbiq edilən fond materialları ilə işləmə üsulları barədə izahlar verilmişdir.

Ağdaş, Mingəçevir, Yevlax, Zərdab, Göyçay, Ucar, Kürdəmir tarix-diyarşünaslıq muzeylərinin əməkdaşlarına muzeylərin elektron məlumat bazası ilə işləmə qaydaları açıqlanmış, hər bir muzey əməkdaşının qiymətləndirməsi edilmişdir.

Hər bir muzeydə ekspozisiyanın ümumi görünüşü, vitrinləri, daxili qeydiyyat kitabları, seçilmiş muzey materiallarının seçilməsi, qorunması ilə bərabər beynəlxalq qaydalara uyğun tədqiqi və təbliğinin mühümlüyü bildirilmişdir.

Ezamiyyət nəticəsində fəaliyyət planına müvafiq işlər yerinə yetirilmiş vəMərkəzi Aran regiondakı tarix-diyarşünaslıq muzeylərinin müasir vəziyyəti barədə qənaətlər əldə edilmiş, mövcud problemlər qeydə alınmışdır.

Regionda olduqları müddətdə Bakıdan ezam olunan muzey əməkdaşlarına məsləhət və köməyini əsirgəməyən Mərkəzi Aran regionunun muzey işçilərinə, Mərkəzi Aran Regionunun Mədəniyyət İdarəsinin rəisi Namiq Tarverdiyevə, həmin idarənin mədəniyyət müəssisələri ilə iş sektorunun müdiri Zəfər Hacıyevə, həmin idarənin inzibati-təşkilat işləri sektorunun müdiri Orxan İbrahimovavə Mingəçevir şəhərinin sakini, sahibkar, xeyriyyəçi Knyaz Yusifova xüsusi təşəkkür bildirilmişdir.

SİA

Chosen
17
1
sia.az

2Sources