EN

Azərbaycan millisi "FIFA Series-2026"da ilk oyununa çıxır - CANLI YAYIM

Azərbaycan millisi bu gün “FIFA Series – 2026” beynəlxalq turniri çərçivəsində ilk oyununa çıxacaq.

Sportinfo.az xəbər verir ki, Ayxan Abbasovun baş məşqçilik etdiyi komanda Sent Lüsiya yığması ilə üz-üzə gələcək.

Bu, Azərbaycan millisinin 2026-cı ildə ilk oyunu olacaq.

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda təşkil olunacaq görüş saat 19:00-da başlayacaq. Oyunu Gürcüstandan olan hakimlər briqadası idarə edəcək.

Hazırda Azərbaycan millisi FİFA reytinqində 125-ci, Sent Lüsiya isə 167-ci yeri tutur.

Azərbaycan millisi martın 30-da Syerra Leone yığması ilə qarşılaşacaq.

19:00. Azərbaycan - Sent Lüsiya 0:0
Baş hakim:
Giorgi Kruaşvili (Gürcüstan)
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu

Chosen
4
5
sportinfo.az

6Sources