EN

Putin: Moskva və Bakı münasibətləri möhkəm əsasda inkişaf edir

ain.az, Bizimyol saytına istinadən bildirir.

Rusiya Prezidenti Vladimir Putin bildirib ki, Moskva və Bakı arasındakı münasibətlər ümumi tarixi keçmiş, o cümlədən mədəni irs üzərində möhkəm əsaslarla inkişaf edir.

Bizimyol.info xəbər verir ki, bu barədə o, videobağlantı vasitəsilə Dərbənddəki teatrın açılışında çıxış edərkən deyib.

“Biz Bakıdan gələn qonaqları teatrın açılış mərasimində salamlayırıq. Bu münasibətlə bildirmək istəyirəm ki, Rusiya və Azərbaycan arasındakı münasibətlər tarixi keçmiş, o cümlədən mədəni irs üzərində möhkəm əsaslarla inkişaf edir”, – deyə Putin vurğulayıb.

O qeyd edib ki, Bakıda 100 ildən artıqdır fəaliyyət göstərən məşhur rus dram teatrı uğurla fəaliyyət göstərir. “Azərbaycan rəhbərliyinə və Prezidentinə teatrın fəaliyyətini dəstəklədikləri üçün təşəkkür edirəm. Bildirmək istəyirəm ki, bu iki səhnə – Bakıda və burada, Dərbənddə – bizim mədəniyyətlərimiz arasında bir növ körpü rolunu oynayır”, – deyə Rusiya lideri əlavə edib.

Putin teatr kollektivinə böyük yaradıcılıq uğurları, Dərbənd və Dağıstanı ziyarət edən bütün qonaqlara isə sağlamlıq, uğur və xoşbətlik arzulayıb.

O xatırladıb ki, teatrın tarixi XIX əsrin 80-ci illərinə qədər gedib çıxır və burada həmişə teatr sənətinə sadiq insanlar çalışıblar. “Sevinclidir ki, genişmiqyaslı yenidənqurmadan sonra teatr öz müasir evini tapır”, – deyə prezident bildirib. O əlavə edib ki, bir çox regional teatrların yenilənməsi və texniki təchizatı istiqamətində böyük işlər görülür, bu prosesə federal proqramlar ilə yanaşı regionların təşəbbüsləri və özəl investorlar, mədəniyyət xadimləri də dəstək verirlər. “Belə bir səylərin uğurlu birləşməsinin nümunəsini biz burada, Dərbənddə görürük”, – deyə dövlət başçısı bildirib və layihənin həyata keçirilməsində əməyi keçən hər kəsə təşəkkürünü çatdırıb.

Putin vurğulayıb ki, ənənələrə hörmət Dağıstanda və tarixi qədim Dərbənddə xüsusi əhəmiyyət kəsb edir. “Rusiyanın özünəməxsusluğu burada yaşayan xalqların birliyi və fərqliliyindən, müxtəlif mədəniyyətlərə hörmət və onların qarşılıqlı zənginləşməsindən ibarətdir”, – deyə o bildirib və əminliyini ifadə edib ki, yenilənmiş teatr bu nəcib missiyanı layiqincə davam etdirəcək, rus xalqını zəngin Azərbaycan mədəniyyəti ilə tanış edəcək.

Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
30
bizimyol.info

1Sources