EN

Kürdə köməksiz qalan bir ailənin 4 üzvü xilas edildi

Samuxda 4 nəfər Kür çayının rayon ərazisindən keçən hissəsində köməksiz vəziyyətdə qalıb.

Heftelik.az APA-ya istinadən xəbər verir ki, hadisə Kür çayının rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Bir ailənin 4 üzvü – Gədəbəy rayon sakinləri, 1990-cı il təvəllüdlü E.Mustafayev, onun həyat yoldaşı 1996-cı il təvəllüdlü B.Quliyeva və onların övladları 2019-cu il təvəllüdü B.Mustafayeva, 2025-ci il təvəllüdlü A.Mustafayev Kürdə qulançar, şomu və odun yığmaq istəyən zaman suyun səviyyəsi qəfil qalxıb.

Dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) və aidiyyatı qurumların əməkdaşları cəlb ediliblər.

FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Samux rayon Dövlət Yanğından Mühafizə Hissəsi və Samux rayon İcra Hakimiyyətinin əməkdaşlarının birgə iştiraki ilə onlar Kürün ortasından kənara çıxarılıb.

Hazırda həmin şəxslərin vəziyyətlərinin normal olduğu bildirilir.

 

Chosen
26
4
heftelik.az

10Sources