EN

Füzuli səfəri ilə beynəlxalq səyyahların Qarabağ turu başa çatıb - FOTO

“NomadMania” klubunun təsisçisi və rəhbəri, Böyük Britaniya vətəndaşı Harry Mitsidis-in başçılığı ilə dünya səyyahlarının Qarabağ və Şərqi Zəngəzura səfərinin son ünvanı Füzuli şəhəri olub.

APA-nın Qarabağ bürosu xəbər verir ki, səyyahlar işğal dövründə dağıdılmış ərazilərə baxıb, azad edilən Füzulidə aparılan tikinti və bərpa işləri ilə tanış olublar. Bununla da səfər başa çatıb.

Qeyd edək ki, 2 günlük səfərdə 37 ölkədən 79 nəfər iştirak edib. Bu, indiyədək Qarabağ və Şərqi Zəngəzura təşkil olunan ən böyük səyyah qrupudur.

Bildirək ki, 2020-2025-ci illərdə bölgəyə 15 belə səfər təşkil olunub, hazırkı səfər sayca 16-cıdır.

Füzuli Füzuli Füzuli
Chosen
2
4
apa.az

5Sources