EN

Azərbaycandan Türkiyəyə neft ixracının həcmi artıb

Yazını böyüt
Yazını kiçilt

2026-cı ilin yanvar-fevral aylarında Azərbaycandan Türkiyəyə 47,1 min ton xam neft və bitumlu süxurlardan əldə edilən neft məhsulları ixrac olunub. İxracın dəyəri 22,1 milyon ABŞ dolları təşkil edib.

Hafta.az-ın Azərbaycan Dövlət Gömrük Komitəsinə istinadən verdiyi məlumata görə, 2025-ci ilin eyni dövrü ilə müqayisədə bu göstərici dəyər ifadəsində 14,7 milyon ABŞ dolları və ya 3 dəfə, həcm üzrə isə 32,3 min tondan çox və ya 3,2 dəfə artıb.

Belə ki, ötən ilin yanvar-fevral aylarında Azərbaycandan Türkiyəyə 14,8 min ton neft və neft məhsulları 7,4 milyon ABŞ dolları dəyərində ixrac olunub.

Qeyd edək ki, cari ilin yanvar-fevral aylarında Azərbaycan xarici ölkələrlə 6,264 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatları həyata keçirib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 2,64 milyard ABŞ dolları və ya 29,6% azdır.

Xarici ticarətin ümumi həcminin 3,665 milyard ABŞ dollarını ixrac, 2,599 milyard ABŞ dollarını isə idxal təşkil edib. Son bir ildə ixrac 1,102 milyard ABŞ dolları və ya 23%, idxal isə 1,539 milyard ABŞ dolları və ya 37,2% azalıb.

Nəticədə 933,6 milyon ABŞ dolları həcmində müsbət saldo yaranıb ki, bu da ötən illə müqayisədə 52,4 milyon ABŞ dolları və ya 5,3% azdır.

Chosen
2
11
hafta.az

10Sources