EN

FHN əhaliyə müraciət etdi – Hava şəraiti ilə bağlı


Fövqəladə Hallar Nazirliyi (FHN) qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə təkrar müraciət edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə FHN-in mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, əvvəlcədən xəbərdarlıq edildiyi kimi, hazırda qeyri-sabit və yağıntılı hava şəraiti, o cümlədən bir sıra ərazilərdə intensiv yağıntılar müşahidə olunur və belə hava şəraitinin yaxın günlər ərzində davan edəcəyi, ayrı-ayrı yerlərdə subasmanın, bəzi dağ çaylarında qısamüddətli sel və daşqının baş verəcəyi proqnozlaşdırılır.
Qeyd olunanlarla bağlı Fövqəladə Hallar Nazirliyi əhaliyə təkrar müraciət edərək, müvafiq təhlükəsizlik qaydalarına riayət etməyə çağırır.
Chosen
10
29
yeniavaz.com

10Sources