21 yaşadək futbolçulardan ibarət Portuqaliya millisinin baş məşqçisi Luis Freyre AÇ-2027-nin seçmə mərhələsi çərçivəsində Azərbaycan yığması ilə oyunu şərh edib.
Rekord.az xəbər verir ki, o, 4:0 hesablı qələbə haqda bunu deyib:
“Bilirdik ki, asan oyun olmayacaq. Azərbaycan millisinin hücumda çox sürətli oyunçuları var və buna görə diqqəti olmalıydıq. Buna baxmayaraq, oyunçularımız yaxşı çıxış etdilər. Bu da oyunun gedişatını dəyişdirdi. Hər şey bizim özümüzdən də asılı idi. Belə ciddi yanaşmasaydıq, hər şey fərqli ola bilərdi.
Oyunun əvvəlindən axırına qədər yağış yağdı, lakin bu, oyunun gedişatına təsir etmədi.
Azərbaycan millisinin güclü rəqiblərə qarşı oyunlarına baxsaq, çox inamlı müdafiə olunmağa çalışırlar. Azərbaycanda oyunçu seçiminin necə olduğunu bilmirəm, lakin yaxşı oyunçuları var və bundan əks hücumlarda yararlana bilərlər”.