Ölkə ərazisində müşahidə edilən yağışlı hava şəraiti Qazax-Bakı yolunda ağır qəzaya səbəb olub.
NOCOMMENT.az xəbər verir ki, hadisə magistralın 426-cı kilometrliyində, yolun Qaradağ rayonundan keçən hissəsində qeydə alınıb.
Belə ki, sürücünün idarəetməni itirməsi səbəbindən “Opel” markalı avtomobil yol kənarındakı dərəyə aşıb.
Hadisə zamanı ölən və xəsarət alanlarla bağlı məlumat yoxdur. /oxu.az/