EN

Gemini ChatGPT nin yaddaşını ələ keçirir

Demokrat.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Google şirkəti süni intellekt köməkçisi Gemini üçün istifadəçilərin ChatGPT və Claude kimi digər platformalardakı məlumatlarını köçürməyə imkan verən yeni alətlər təqdim edib. Bu yenilik istifadəçilərin bir xidmətdən digərinə keçidini asanlaşdırmaq məqsədi daşıyır."TechCrunch" nəşrinin məlumatına görə, artıq çat-botlar arasındakı yazışma tarixçəsini və fərdi üstünlükləri itirmədən köçürmək mümkündür.Xüsusi "keçid alətləri" sayəsində istifadəçilər süni intellektə öz maraqları və ünsiyyət tərzi haqqında yenidən "təlim keçmək" məcburiyyətində qalmırlar. Gemini tərəfindən təklif olunan xüsusi sorğunu cari çat-bota daxil etməklə alınan cavabı Google sisteminə kopyalamaq kifayətdir. Beləliklə, sistem istifadəçinin şəxsi detallarını və ehtiyaclarını dərhal mənimsəyir.Yazışma tarixçəsini isə əksər süni intellekt xidmətlərinin dəstəklədiyi ZIP arxivi şəklində yükləmək olar. Məlumatlar köçürüldükdən sonra köhnə dialoqlarda axtarış aparmaq və söhbətə qaldığı yerdən davam etmək imkanı yaranır. Bu addım bazarda güclü rəqabətin olduğu dövrdə Google-un mövqelərini möhkəmləndirmək cəhdidir.Hazırda ChatGPT həftəlik 900 milyon aktiv istifadəçiyə çatdığı halda, Gemini aylıq 750 milyondan çox istifadəçi ilə rəqabəti davam etdirir. Yeni funksionalın istifadəçi kütləsini artıracağı gözlənilir.İsmayıl

Demokrat.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
26
demokrat.az

1Sources