EN

Qalibaf: Öz hərbçisini qoruya bilməyən bizə təhlükəsizlik vəd edə bilməz...

İran parlamentinin sədri Vaşinqtonun regiondakı hərbi gücünü və bəyanatlarını tənqid edib...

Poliqon xəbər verir ki, İran İslami Şura Məclisinin (parlament) sədri Məhəmməd Baqir Qalibaf ABŞ-ın regiondakı hərbi mövcudluğu və Tehranın təhlükəsizliyi ilə bağlı səsləndirilən fikirlərə kəskin münasibət bildirib.

Spiker ABŞ-ın Yaxın Şərqdəki hərbi bazalarının və şəxsi heyətinin zəifliyinə diqqət çəkərək, Vaşinqtonun iddialarının əsassız olduğunu vurğulayıb.

Qalibaf bəyan edib ki, ABŞ rəhbərliyi öz hərbi qüvvələrinin təhlükəsizliyini təmin etməkdə acizdir.

“Regiondakı bazalarında öz hərbi qulluqçularını belə qoruya bilməyən, bunun əvəzinə onları otellərdə və parklarda gizlədən Amerika Birləşmiş Ştatları, bizim ərazimizdə onların təhlükəsizliyini necə təmin edə bilər?”, deyə İranlı rəsmi sual edib.

Qeyd edək ki, parlament sədrinin bu sözləri regionda gərginliyin artdığı və xarici qüvvələrin Yaxın Şərqdəki rolu ilə bağlı müzakirələrin intensivləşdiyi bir vaxta təsadüf edir. Qalibaf əlavə edib ki, İran öz milli təhlükəsizliyini qorumaq iqtidarındadır və kənar güclərin bu məsələdəki müdaxiləsi regiondakı qeyri-sabitliyi daha da dərinləşdirir.

Poliqon.info


 
 

Chosen
23
poliqon.info

1Sources