EN

7 saat yağan yağış Bakını iflic etdi – Sulutəpəni su basdı - VİDEO

Azərbaycanda saatlarla davam edən intensiv, leysan xarakterli yağış paytaxt və ətraf qəsəbələrdə ciddi fəsadlar yaradıb. Xüsusilə Abşeron yarımadasında müşahidə olunan güclü yağıntı bəzi ərazilərdə subasma hallarına səbəb olub.

Musavat.com xəbər verir ki, Bakı şəhərinin Sulutəpə qəsəbəsində vəziyyət daha da gərginləşib.

Qəsəbənin Pənahabad küçəsində yerləşən fərdi yaşayış evlərinə yağış suları dolub, sakinlər çətin vəziyyətlə üzləşiblər. Əraziyə toplanan suların axıdılması ilə bağlı problemlər vəziyyəti daha da ağırlaşdırıb.

Hadisə ilə bağlı yayılan görüntülərdə küçələrin və həyətlərin su altında qaldığı, bəzi evlərə isə suyun birbaşa daxil olduğu aydın görünür. Sakinlər öz gücləri ilə suyu evlərdən çıxarmağa çalışırlar.

Ölkə ərazisində qeyri-sabit hava şəraiti hələ də davam edir. Yağıntılar əsasən yağış şəklində olsa da, dağlıq ərazilərdə, o cümlədən Şahdağ və Qrız istiqamətində qar müşahidə olunur.

Şahanə Rəhimli
Musavat.com

Chosen
17
6
musavat.com

9Sources