EN

Yaz aylarında suçiçəyi xəstəliyi artır – Həkimdən XƏBƏRDARLIQ

Yaz mövsümünün gəlişi ilə havaların isinməsi, uşaqların daha çox açıq havada vaxt keçirməsi və kollektiv mühitlərdə ünsiyyətin artması yoluxucu xəstəliklərin yayılması ilə bağlı narahatlıqları yenidən aktuallaşdırır. Xüsusilə valideynlər arasında suçiçəyi və qızılca kimi infeksiyaların bu dövrdə daha çox yayılıb-yayılmaması ilə bağlı suallar artır.

Bəs yaz aylarında uşaqlar arasında bu cür yoluxucu xəstəliklərin artması nə dərəcədə realdır?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən pediatr Əfsanə Allazova bildirib ki, bu tip infeksion xəstəliklər tam olaraq mövsümi xarakter daşımır:

Əfsanə

“Ümumilikdə suçiçəyi və qızılca kimi xəstəlikləri konkret olaraq yalnız müəyyən bir mövsümə bağlamaq düzgün deyil. Lakin yaz aylarında bu infeksiyaların yayılmasında müəyyən artım müşahidə oluna bilər.

Xüsusilə də suçiçəyində artım daha çox nəzərə çarpır. Qızılcaya isə son dövrlərdə nisbətən az rast gəlinir. Amma hazırda suçiçəyi ilə bağlı xəstə sayında artım müşahidə olunur”, – deyə həkim vurğulayıb.

Mütəxəssis valideynlərə tövsiyə edir ki, uşaqların gigiyena qaydalarına əməl etməsinə diqqət yetirsinlər və hər hansı simptomlar müşahidə edildikdə vaxtında həkimə müraciət etsinlər.

Aynurə İsmayıl

KONKRET.az

Chosen
36
1
konkret.az

2Sources