“Atletiko”nun futbolçusu Xulian Alvaresin müqaviləsini yaxşılaşdırmaq niyyətindədir.
İdmanxeber.az-ın məlumatına görə, Madrid təmsilçisinin rəhbərliyi hücumçunu komandada saxlamaq üçün ona daha yüksək maaşla yeni sözləşmə təklif etməyə hazırlaşır.
Argentinalı oyunçu “Barselona” və İngiltərə təmsilçisi “Arsenal” da daxil olmaqla bir neçə böyük klubun diqqət mərkəzindədir.
Alvares 2024-cü ildən “Atletiko”da çıxış edir.