EN

Türkiyə Gürcüstana hərbi təyinatlı TEXNİKA VERDİ

Türkiyə istehsalı olan hərbi təyinatlı texnika Gürcüstan Müdafiə Nazirliyinin Xüsusi Əməliyyatlar Qüvvələrinə verilib.

KONKRET.az xəbər verir ki, təhvil-təslim mərasimi Tiflisin Vaşlijvari qəsəbəsində yerləşən xüsusi təyinatlıların bazasında keçirilib.

Tədbirdə Gürcüstan tərəfdən general-mayor Zaza Çxaidze, Türkiyəni isə ölkənin Gürcüstandakı səfiri Əli Kaan Orbay təmsil edib.

Texnikanın təhvil verilməsi barədə müvafiq sənədi Gürcüstan Xüsusi Əməliyyatlar Komandanlığının nümayəndəsi Teymuraz Klateişvili və Türkiyənin hərbi attaşesi İlhan Oktendurali imzalayıblar.

Rəsmi hissədən sonra qonaqlar baza ərazisində yerləşən atıcılıq poliqonuna baxış keçirib və nümayiş atışını izləyiblər.

Qeyd edək ki, 2025-ci ildə də Türkiyə tərəfi Gürcüstanın Xüsusi Əməliyyatlar Qüvvələrinə müxtəlif avadanlıq təqdim edib.

Chosen
6
10
konkret.az

10Sources