Metbuat.az xəbər verir ki, bu fikirləri AZƏRTAC-a açıqlamasında Medianın İnkişafı Agentliyinin (MEDİA) İcraçı direktoru Əhməd İsmayılov deyib. Bildirib ki, günümüzdə mövcud sosial media platformlarının iştirakçılarının özlərinin həm də informasiya istehlakçısına çevrilmələri, həmin məzmunun yayılmasını həyata keçirmələri artıq dövlətlər və cəmiyyətlər qarşısında böyük bir çağırış olduğunu göstərir: “Tədbirdə bununla bağlı məhz dövlətlərin müvafiq qurumlarının, eyni zamanda media və vətəndaş cəmiyyətlərinin birgə mexanizmlər işləyib-hazırlaması qeyd olunur. Hazırki müzakirələrdə gələcək perspektivdə belə bir platformların yaradılması ilə bağlı dövlətlər və media subyektləri arasında əməkdaşlıq istiqamətləri ətrafında fikir mübadilələri aprılır. Düşünürük ki, memorandumların imzalanması yolu ilə dövlətlər və media subyektləri bu işin öhdəsindən effektiv şəkildə gələcəklər.