EN

Abbas Bağırov bu xəbərə əsəbiləşib

Əməkdar artist Abbas Bağırov Gəncəyə köçməsi ilə bağlı xəbərlərə reaksiya verib.

Müğənni bu cür xəbərləri sevmədiyini bildirib.

O qeyd edib ki, Gəncəyə yalnız istirahətə yollanıblar: 

"Bayram günlərində Gəncədə və digər bölgələrdə vaxt keçirməyi çox sevirəm və buna üstünlük verirəm. Lap Gəncəyə köçüm. Axı Gəncə haradadır, 10000 kilometr uzaqda? Gözəl Gəncəmiz də digər füsunkar bölgələrimiz kimi doğma Azərbaycanın bir parçasıdır. Bəzən istirahət edirik, ilham alırıq. Dərhal, "köçdü" xəbərinə çevrilir".

Qeyd edək ki, Abbas Elnarə adlı xanımla ailəlidir, onun bu nikahdan iki oğul övladı var.

Chosen
4
4
news365.az

5Sources