EN

ABŞ naməlum raketi sınaqdan keçirib: Detallar açıqlanmır

ABŞ Kosmik Qüvvələrinin Kanaveral burnundakı bazasından atılan naməlum raket Atlantik okeanı üzərində səmada ağ iz buraxıb. Lakin proseslə bağlı hər hansı rəsmi bəyanat verilməyib.

"Cebheinfo.az" Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə "Florida Today" portalı məlumat verib.

Bildirilir ki, əsas kosmik buraxılış operatorlarından heç birinin həmin vaxt üçün planlaşdırılmış uçuşu olmayıb. Buraxılışın yeganə dolayı əlaməti Sahil Mühafizəsi və Daxili Təhlükəsizlik Nazirliyi tərəfindən okeanın şərq hissəsində qeyri-adi naviqasiya məhdudiyyət zonasının tətbiq edilməsi olub. ABŞ Müdafiə Nazirliyi məsələ ilə bağlı media orqanının sorğusunu cavabsız qoyub.

Portal xatırladır ki, 2025-ci ilin aprelində elə həmin burundan ABŞ Hərbi Dəniz Qüvvələrinin Strateji Sistemlər İdarəsinin sınaqları çərçivəsində hipersəs raketi buraxılıb. 2024-cü ilin dekabrında isə orada ABŞ ordusu və donanmasının "Dark Eagle" hipersəs silahının elan edilməmiş uğurlu sınağı keçirilib.

"Cebheinfo.az"

Chosen
14
3
cebheinfo.az

4Sources