İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri Hörmüz boğazının bağlandığını açıqlayıb.
Musavat.com xəbər verir ki, qurumun yaydığı məlumatda bildirilib ki, boğazda istənilən hərəkətə qarşı sərt reaksiya veriləcək.
Xəbərdarlıqda qeyd olunub ki, bölgədə hərbi və ya mülki gəmilərin hərəkəti ciddi nəzarət altına alınacaq.
Qeyd edək ki, Hörmüz boğazı dünya enerji daşımalarının əsas marşrutlarından biri hesab olunur və burada yaranan hər hansı gərginlik qlobal neft bazarına ciddi təsir göstərir.
E.Məmmədəliyev,
Musavat.com