EN

Kür çayında köməksiz qalanların kimliyi bilindi – ADLAR

Kür çayının Samux rayonu ərazisindən keçən hissəsində köməksiz vəziyyətdə qalanların kimliyi müəyyən olunub.

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, həmin şəxslər bir ailənin 4 üzvü Gədəbəy rayon sakinləridir.

Belə ki, 1990-cı il təvəllüdlü E.Mustafayev, onun həyat yoldaşı 1996-cı il təvəllüdlü B.Quliyeva və onların övladları 2019-cu il təvəllüdü B.Mustafayeva, 2025-ci il təvəllüdlü A.Mustafayev qulançar və odun yığan zaman Kürdə köməksiz vəziyyətdə qalıblar.

Qeyd edək ki, ailə Kür ətrafında maldarlıqla məşğul olur. 

Hazırda 4 nəfərin xilas edilməsi məqsədilə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Samux Rayon Yanğından Mühafizə Hissəsi və Rayon İcra Hakimiyyətinin əməkdaşları tərəfindən birgə xilasetmə tədbirləri həyata keçirilir.

Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu

Chosen
24
1
bizim.media

10Sources