EN

Kürdə bir ailənin dörd üzvü köməksiz vəziyyətdə qalıb

Samux rayonu ərazisində Kür çayında suyun səviyyəsinin qalxması nəticəsində köməksiz vəziyyətdə qalan 4 nəfərin xilas edilməsi məqsədilə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Samux Rayon Yanğından Mühafizə Hissəsi və Rayon İcra Hakimiyyətinin əməkdaşları tərəfindən birgə xilasetmə tədbirləri həyata keçirilir.

“Yeni Sabah” xəbər verir ki, bu barədə nazirliyin Mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, həmin şəxslər bir ailənin 4 üzvü Gədəbəy rayon sakinləri, 1990-cı il təvəllüdlü E.Mustafayev, onun həyat yoldaşı 1996-cı il təvəllüdlü B.Quliyeva və onların övladları 2019-cu il təvəllüdü B.Mustafayeva, 2025-ci il təvəllüdlü A.Mustafayevdir.

Məlumata görə, həmin şəxslər qulançar, şomu və odun yığan zaman Kürdə köməksiz vəziyyətdə qalıblar.

Ailə Kür ətrafında maldarlıqla məşğul olur.

Hazırda onların xilas edilməsi istiqamətində təxirəsalınmaz işlər aparılır.


Telegram kanalımız
Chosen
27
6
yenisabah.az

10Sources