EN

Maştağada evdən 6300 dollar oğurlayan şəxs saxlanıldı

Sabunçu rayonunda evdən 6300 dollar oğurlayan şəxs saxlanılıb.

Bu barədə Missiya.Az-a DİN-in mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Sabunçu rayonu Maştağa qəsəbəsində bir nəfər yaşadığı evdən 6300 dollar pul vəsaitinin naməlum şəraitdə oğurlandığını deyib.

Sabunçu RPİ 14-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbir nəticəsində əməli törətməkdə şübhəli bilinən 28 yaşlı R.Əlizadə müəyyən edilərək saxlanılıb.

Araşdırma aparılır.

Chosen
23
20
missiya.az

10Sources